Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bütün dünyada “Bayraktar”dan və İkinci Qarabağ müharibəsindəki əzəmətli Zəfərimizdən danışılır

0

  •  

        “TEKNOFEST AZƏRBAYCAN"    festivalında Möhtərəm Prezidentimiz
    İlham Əliyevin tarixi çıxışı Azərbaycan – Türkiyə qardaşlığının əbədi olduğunu
    bir daha sübut etdi.   
             Prezidentimiz yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan
    xalqının ilk dəfə Xalq Cümhuriyyətini qurmasından, iki ildən sonra bu Cümhuriyyətin
    süquta uğramasından, Azərbaycanın öz müstəqilliyini itirməsindən bəhs etdi.
           30 illik müstəqillik tariximizdən, xalqımızın öz müqəddəratını həll etməsindən və
    bu illər ərzində türk qardaşlarımızın daim bizim yanımızda olmalarından söhbət
    açdı.
           Prezidentimiz Türkiyə Prezidenti hörmətli
    Rəcəb Tayyib Ərdoğanla sıx əlaqə saxladıqlarını, daimi məsləhətləşmələr
    apardıqlarını qeyd etdi. Türkiyə və Azərbaycan bölgədə sülh, əminamanlıq, barış olmağını istəyir və bu siyasəti davam
    etdirir.
          Xalqlarımız daim çiyin-çiyinə düşmənlərə, yəni ermənilərə qarşı vuruşmuş, birgə mübarizə aparmışlar. 1918-ci ilin
    sentyabrında Bakını ermənilərdən təmizləmiş, Azadlıq meydanında Türkiyə və Azərbaycan
    əsgərləri hərbi parad keçirmişlər. Tarix təkrar olunur. Bunun təkrarını biz
    2020-ci ildə Zəfər paradında gördük. Bu bütün dünyaya verilən aydın mesaj idi
    ki, biz bir yerdəyik, biz bir yerdə olacağıq, gücümüz gündən-günə artacaq.
          Keçən il iyunun 15-də Milli
    Qurtuluş  Günündə hörmətli Prezident Rəcəb
    Tayyib Ərdoğanla Şuşada olmalarından, “Şuşa Bəyannaməsi”ndən fəxarətlə danışdı.
           Möhtərəm Prezidentimiz bu gün
    “TEKNOFEST”in bizim birliyimizin növbəti nümunəsi, təzahürü olduğunu
    vurğuladı. Bu, bilik, elm, texnologiya bayramının hər iki ölkənin gənclərinin
    bir-birinə yaxınlaşmasına, tanımasına və gələcəkdə də bir yerdə olmalarına kömək
    edəcəkdir.
           Türk dünyasının böyük oğlu, dünya şöhrətli alim, Nobel mükafatı laureatı hörmətli Əziz Səncərin
    də“TEKNOFEST”in fəxri qonağı olduğunu
    qeyd etdi.
           Səlcuk Bayraktarı səmimiyyətlə
    salamlayan Prezidentimiz “Bayraktar”  PUA-larının
    İkinci Qarabağ müharibəsindəki rolunu xüsusi qeyd etdi. Artıq bütün dünyada “Bayraktar”dan və İkinci Qarabağ müharibəsindəki əzəmətli 
    Zəfər qələbəmizdən danışılır.
           Prezident, Ali Baş Komandan İlham Əliyev
    yekunda əmin etdi ki, bizim aramızdakı qardaşlıq bundan sonra daim yüksələn xətt
    üzrə ancaq və ancaq irəliyə gedəcək.
            Biz, təhsil işçiləri Ali Baş
    Komandan, Ümummilli Liderimizin davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin
    bütün nitqlərini diqqətlə dinləyirik.
           Bizim üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə
    çalışırıq. Gənclərimizin ağıllı, elmli, iti zəkaya malik olmaları üçün əlimizdən
    gələni edirik.
           Onlarda Vətən sevgisi, “Türk türkün
    qardaşıdır, arxasıdır” fikrini
    aşılayırıq.
           Biz təhsil işçiləri, eləcə də bütün
    Azərbaycan və Türk xalqı böyük Liderlərimizin sayəsində bu sevgini, qardaşlığı
    qoruyacağıq!
           Bir sözlə, Möhtərəm Prezidentimizin təbiri
    ilə desək, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, dönməzdir və sarsılmazdır!

         Yaşasın Azərbaycan və Türkiyə birliyi,
    qardaşlığı, müttəfiqliyi!

    Xudayar Quliyev,Xocalı rayon ziyalısı

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib31 dəfə
    Bütün dünyada “Bayraktar”dan İkinci Qarabağ müharibəsindəki əzəmətli Zəfərimizdən danışılır

    Maraqlı gələ bilər